Naxçıvanda 2026-cı ilin ilk rübündə 141 layihə icra olunub
2026-cı ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 141 layihə icra olunub.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata əsasən, bu layihələrdən 30-u yeni yaradılma, 111-i isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 36-sı yaradılma və 52-si genişləndirmə olmaqla, ümumilikdə 88 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 141 layihədən 122-si Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.








