Naxçıvanda transformatorun avtomatı partlayıb

Naxçıvanda transformatorun avtomatı partlayıb

21 İyul 2026

Naxçıvanda transformatorun avtomatında baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, hadisə Naxçıvan şəhərinin Xətai məhəlləsi, Döngə 11 ünvanında qeydə alınıb.

Belə ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin 1-ci dərəcəli Səyyar Əməliyyat Briqadasının elektriki, 1963-cü il təvəllüdlü Tofiq Namaz oğlu Məmmədov elektrik şəbəkəsində baş vermiş nasazlığın aradan qaldırılması zamanı xəsarət alıb.

İlkin məlumata görə, transformatorun elektrik naqillərində qısaqapanma baş verib, nəticədə avtomatda partlayış olub. Hadisə zamanı Tofiq Məmmədovun hər iki əli, üz və qarın nahiyəsində yanıq xəsarətləri yaranıb.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.