Naxçıvan şəhərində avtomobil yanıb -

Naxçıvan şəhərində avtomobil yanıb - FOTO

19 İyul 2026

Naxçıvan şəhərində minik avtomobilində yanğın baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Yanğın yaxınlıqda yerləşən ağaca da ziyan vurub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları cəlb olunub. Yanğının qarşısı alındıqdan sonra əraziyə baxış keçirilib.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.