Naxçıvan–Sədərək magistralında minik avtomobili yanıb
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Sədərək magistral avtomobil yolunun Kəngərli rayonun ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, məlumatla əlaqədar dərhal Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən avtomobildə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisə nəticəsində avtomobilin elektrik qoruyucu şiti, kapot hissəsi və 1 ədəd sol təkəri yanıb.








