Prioritet sahələr üzrə yeni peşə proqramları hazırlanacaq

Prioritet sahələr üzrə yeni peşə proqramları hazırlanacaq

20 İyul 2026

Azərbaycanda iqtisadiyyatın prioritet sahələri üzrə əmək bazarının tələblərinə uyğun peşə təhsili proqramlarının hazırlanması planlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Bildirilib ki, ilkin nəticə əmək bazarının tələblərinə uyğun müvafiq ixtisaslar üzrə beynəlxalq sertifikat proqramlarını mövcud peşə təhsili proqramları ilə uyğunlaşdırma imkanlarının müəyyən edilməsidir.

Proqramın icrası Elm və Təhsil Nazirliyinə tapşırılıb.