Naxçıvan Dövlət Kukla Teatrının direktoru Fəxri fərmanla təltif olunub - FOTO
İyulun 20-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, teatr mütəxəssisləri və media nümayəndələri iştirak ediblər. Çıxışlarda milli mətbuatın cəmiyyətin inkişafındakı rolu, eləcə də teatr sənətinin təbliğində medianın əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində teatr sənətinin təbliğinə verdiyi töhfələrə görə bir sıra mədəniyyət nümayəndələri mükafatlandırılıb. M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov da teatr sənətinin uğurla təbliğinə verdiyi töhfələrə görə Fəxri fərman ilə təltif olunub.
Tədbir bədii proqram ilə yekunlaşıb.











