Azərbaycanda nikah və boşanmaların sayı azalıb
Bu ilin ilk beş ayında (yanvar-may) Azərbaycanda nikah və boşanmaların sayı azalıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Statistika Komirəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin ilk beş ayında 15 107 nikaha daxilolma və 8 087 boşanma halları qeydə alınıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a düşüb.








