İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub -

İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

21 İyul 2026

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına əsasən, Almaniyanın Kansleri Fridrix Merts dövlət başçısını qarşıladı.

Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına və Federal Kanslerə report verdi.

Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçdilər.