Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib -

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib - FOTO, YENİLƏNİB

21 İyul 2026

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başa çatıb.

11:40

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dövlət başçısını Almaniya Prezidenti qarşılayıb.

Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.

Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.