Kəlbəcərdə partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

Kəlbəcərdə partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

21 İyul 2026

Kəlbəcər rayonunda baş verən partlayış hadisəsi nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü İsgəndərov Sərxan Ələsgər oğlu 21.07.2026-cı il tarixində saat 17:10 radələrində Gəncə Birləşmiş Xəstəxanasına hospitalizasiya olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, TƏBİB-dən bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd edilib ki, xəsarət alan şəxs yazılı iltizamnamə əsasında tibbi xidmətdən imtina edib və tibb müəssisəsindən buraxılıb.