Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

21 İyul 2026

Azərbaycan Prezident İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə hazırda təkbətək görüşü keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təkbətək görüşdən sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.

Almaniya kansleri ilə görüşdə isə "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" imzalanması nəzərdə tutulur.