Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

21 İyul 2026

Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər rayonunda aqrar sahədə həyata keçirilən fəaliyyətlə və tikinti işlərinin gedişi ilə tanış olublar.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə nazirlikdən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində arıçılıq və heyvandarlıq təsərrüfatlarına baxış keçirilib, həmçinin Zar kəndində tikintisi davam edən fərdi yaşayış evlərində görülən işlər nəzərdən keçirilib.

Görüş zamanı aqrar sahənin inkişafına dair yeni Dövlət Proqramının Azərbaycanda, o cümlədən Kəlbəcərdə kənd təsərrüfatının bərpası və inkişafına verəcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb.