Bakı-Naxçıvan avtobus reysləri nə vaxt bərpa olunacaq?

Bakı-Naxçıvan avtobus reysləri nə vaxt bərpa olunacaq?

21 İyul 2026

Fevralın 28-dən Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri dayandırılıb. Artıq 5 aydır fəaliyyət göstərməyən bu marşrutun nə zaman bərpa olunacağı isə əsas diqqət mərkəzindədir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda reyslərin bərpası barədə hər hansı qərar qəbul edilməyib.

Müvafiq qərar olduğu təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək.