Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər? -

Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər? - HÜQUQ MƏSLƏHƏTİ

21 İyul 2026

Sual: Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər?

Cavab: Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 36-1-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər, ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər, AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər və uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Bundan başqa, AR Nazirlər Kabinetinin təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi - Nazlı İsmayılzadə