Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etməyə görə hansı cəzalar nəzərdə tutulub? -

Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etməyə görə hansı cəzalar nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ

16 İyul 2026

Sual: Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməyə görə qanunvericilikdə hansı cəzalar nəzərdə tutulub?

Cavab: Cinayət Məcəlləsinin 170-ci maddəsinə əsasən On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə—üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs tərəfindən törədildikdə isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov