Azərbaycanda nadir xəstəlik dərmanlarının sayı artırılıb
Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, "Sistaqon", "Sistadrops" , "Yondelis" , "Skayklaris" adlı dərman vasitələri həmin siyahıya əlavə edilib.
Bununla da siyahıda yer alan dərmanların sayı 145-ə çatıb.








