Naxçıvanın xarici ticarət dövriyyəsi artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi artıb

16 İyul 2026

Naxçıvanın xarici ticarət dövriyyəsi 22,5 faiz artıb

"NAXÇIVANXƏBƏRLƏRİ" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 70 milyon 470 min 950 ABŞ dolları təşkil edib.

Xarici ticarət dövriyyəsinin 6 milyon 649 min 400 ABŞ dollarını və ya 9,4 faizini ixrac, 63 milyon 821 min 550 ABŞ dollarını və ya 90,6 faizini isə idxal məhsulları təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 22,5 faiz, o cümlədən idxal 23,4 faiz, ixrac isə 14,4 faiz artıb.