Naxçıvan Həmkarlar İttifaqları Şurasında Mənsum İbrahimovla görüş keçirilib -

Naxçıvan Həmkarlar İttifaqları Şurasında Mənsum İbrahimovla görüş keçirilib - FOTO

16 İyul 2026

Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında AHİK-in "Layiqli Əmək Səfiri", Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyulun 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Layiqli Əmək Səfiri", Xalq artisti Mənsum İbrahimov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevlə görüşüb.

Görüş zamanı AHİK-in sədr müavini Şuranın fəaliyyəti, həyata keçirilən sosial layihələr, əmək hüquqlarının müdafiəsi istiqamətində görülən işlər və üzvlərə göstərilən xidmətlərin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Xalq artisti Mənsum İbrahimov Şuranın kollektivi ilə söhbət edib, onların fəaliyyəti ilə maraqlanıb və gələcək işlərində uğurlar arzulayıb.

Görüşün sonunda AHİK-in "Layiqli Əmək Səfiri" Mənsum İbrahimov Şuranın kollektivi ilə xatirə fotosu çəkdirib.

Qeyd edək ki, səfər çərçivəsində Xalq artisti Mənsum İbrahimov Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının istifadəsində olan Duzdağ Müalicə Mərkəzini də ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.