Naxçıvanda isti hava şəraiti davam edəcək
Son günlər Naxçıvan Muxtar Respublikası ərazisində yüksək temperatur müşahidə olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırkı meteoroloji şəraitin qarşıdakı günlərdə də davam edəcəyi, bəzi ərazilərdə havanın maksimal temperaturunun 39 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Bununla yanaşı, dağlıq ərazilərdə hava şəraitinin dəyişəcəyi gözlənilir. Belə ki, fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq, şimşək çaxacağı ehtimal edilir.
Şərq küləyi 5–10 m/s sürətlə əsəcək, arabir 15 m/s-dək güclənəcək.








