Azərbaycan mobil internetin sürətinə görə iyunda 5 pillə irəliləyib

Azərbaycan mobil internetin sürətinə görə iyunda 5 pillə irəliləyib

16 İyul 2026

Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (92,18 Mbps) görə may ayına nisbətən 1 pillə geriləyərək 149 ölkə arasında 84-cü olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" "Speedtest Global Index"ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (81,36 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 13,3 % artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (84,25 Mbps), İran (24,90 Mbps), Gürcüstan (50,83 Mbps), Ermənistan (91,69 Mbps), Qazaxıstan (89,19 Mbps), Qırğızıstanı (89,30 Mbps) və Tacikistanı (49,92 Mbps) geridə qoyub.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (447,75 Mbps), axırıncı yeri isə Əfqanıstan (5,18 Mbps) tutub.

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 5 pillə irəliləyərək 98,61 Mbps sürətlə 98 ölkə arasında 46-cı olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (672,87 Mbps), sonuncu yeri isə Boliviya (16,55 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə geriləyərək 191 şəhər arasında 92,34 Mbps sürətlə 114-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (425,84 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Herat (3,99 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə mövqe dəyişməyərək 119,04 Mbps sürətlə 145 şəhər arasında 4 pillə irəliləyərək 78-ci yerdə qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əl-Rayyan (Qətər) (659,91 Mbps), sonuncu yeri La Paz (Bolivia) (14,94 Mbps) tutub.