Dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı artıb

Dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı artıb

05 İyul 2026

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 20 saxta domen bloklanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə % çoxdur.

Təkcə ikinci rübdə 14 saxta domen bloklanıb. Bu, birinci rübün göstəricisindən 2,3 dəfə çoxdur.

Xatırladaq ki, 2025-ci ildə dövlət qurumlarını hədəf alan 40 saxta domen aşkarlanaraq bloklanıb. Bu isə 2024-cü ilə nisbətən 40 % azdır.