Ötən ay dövlət sərhədini pozarkən neçə nəfər saxlanılıb?
İyun ayında Azərbaycanın dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin iyun ayındakı icmalında qeyd olunub.
Bildirilib ki, onların 8-i Azərbaycan, 5-i İran, 2-si Əfqanıstan, 6-sı Nigeriya vətəndaşı оlub.
Bundan başqa qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.








