Naxçıvanda yük avtomobili iki piyadanı vurub
Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, ağır yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən iki piyadanı vurub.
Nəticədə 1995-ci il təvəllüdlü Həsənova Xəyalə Ağa qızı və 1995-ci il təvəllüdlü Tağızadə Hində Etibar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.








