Naxçıvanda elektrik tələbatı tam "yaşıl enerji" ilə ödənilib
Bu ilin 21 aprel-2 iyul tarixləri ərzində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbat tam şəkildə bərpa olunan enerji mənbələri hesabına təmin edilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində su elektrik stansiyalarında (SES) 104,486 milyon kVt/saat, günəş elektrik stansiyalarında (GES) isə 13,888 milyon kVt/saat olmaqla, ümumilikdə 118,374 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.








