Azərbaycan nümayəndə heyəti İrandadır
Azərbaycan nümayəndə heyəti İranın ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak etmək məqsədilə Tehrana səfər edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nümayəndə heyətini daşıyan təyyarə Tehran hava limanında rəsmi qarşılanıb.
Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.
Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.








