Bağça müəllimlərinin qiymətləndirmə çərçivəsi təqdim olunub

Bağça müəllimlərinin qiymətləndirmə çərçivəsi təqdim olunub

03 İyul 2026

Azərbaycan Respublikasının Təhsil İnstitutu dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin qiymətləndirmə çərçivəsini təqdim edib.

Təhsil İnstitutundan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, sənəddə sertifikatlaşdırma prosesinin qiymətləndirmə meyarları və məzmun çərçivəsi öz əksini tapıb.

Qiymətləndirmə çərçivəsi ilə Təhsil İnstitutunun rəsmi internet səhifəsində yerləşdirilmiş müvafiq sənəd vasitəsilə və ya buradan tanış olmaq mümkündür.