İtkin-şəhid Rauf Əhmədov Goranboyda dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində dəfn mərasimi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.








