Sertifikasiyadan kəsilən müəllimlər üçün komissiyalar yaradılıb

Sertifikasiyadan kəsilən müəllimlər üçün komissiyalar yaradılıb

02 İyul 2026

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu il keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar iyulun 31-nə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.