Azərbaycanda bloklanan zərərli keçidlərin sayı azalıb
Bu ilin yanvar-may aylarında "AzStateNet" şəbəkəsi üzrə 83 milyon 600 min zərərli keçid bloklanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.
Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 337,1 min, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 64 min 141 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 31 % azdır və 4,3 % çoxdur.
2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449,39 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 26 milyon 525 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.








