Rəşad Nəbiyev yeni qərar imzalayıb

Rəşad Nəbiyev yeni qərar imzalayıb

26 İyun 2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu"nda dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev qərar imzalayıb.

Qərara əsasən, mülki dövriyyədə olmasına xüsusi icazə tələb olunmayan radiostansiya və radiorabitə avadanlıqlarının güc meyarlarında dəyişiklik edilib.

Bundan sonra, effektiv şüalanma gücü 0,5 Vt-dan çox olmayan, 446-446,2 MHs radiotezlik zolağında işləyən PMR-446 radiostansiyaları mülki dövriyyənin müəyyən iştirakçıları icazə olmadan istifadə edə biləcəklər.

İndiyədək, 446-446,1 MHs radiotezlik zolağında işləyən PMR-446 radiostansiyalarına icazə verilirdi.