Şərur rayonunda optik internet şəbəkəsi qurulur - FOTO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində regionda rəqəmsal infrastrukturun yenilənməsi sürətlə davam edir.
Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi tərəfindən abunəçilərin fasiləsiz və yüksəksürətli internetlə təmin olunması üçün mühüm addımlar atılır. Bu çərçivədə, Şərur rayonunda da işlər uğurla davam etdirilir. Hazırda Şərur rayonunun Maxta kəndində optik internet şəbəkəsinin çəkilişi davam edir. Qısa zamanda kənddə 279 abonent yüksəksürətli internetlə təmin olunacaq. Maxta kəndindən dərhal sonra Axaməd, Kərimbəyli və Qarabürc kəndlərində də fiber-optik xətlərin çəkilişi istiqamətində işlər gedir.
Bununla da həmin yaşayış məntəqələri fasiləsiz, daha sürətli və dayanıqlı internetlə tam təmin ediləcəklər.












