Ordubadda qaz xəttinə ziyan dəyib

Ordubadda qaz xəttinə ziyan dəyib

02 İyul 2026

Ordubadda minik avtomobili təbii qaz xəttinə çırpılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində rayonun "mavi yanacaq" təchizatı dayandırılıb.

Bildirilib ki, qəzanın nəticələri aradan qaldırılanadək təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

"Mavi yanacaq" təchizatı təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.