Naxçıvanda "Gələcəyin Peşələri Sammiti" keçiriləcək
“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi "Gələcəyin Peşələri Sammiti" Bakı, Qarabağ və Naxçıvan forumlarının təşkili xidmətlərinin satın alınması ilə bağlı müsabiqə elan edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadla xəbər verir.
Müsabiqə çərçivəsində Naxçıvanda da "Gələcəyin Peşələri Sammiti"nin keçirilməsi nəzərdə tutulur. Forumun gələcəyin əmək bazarı, peşə bacarıqları, innovativ məşğulluq imkanları və insan kapitalının inkişafı istiqamətində mühüm müzakirə platforması olacağı gözlənilir.
Qeyd edək ki, satınalan təşkilat “Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsidir.
Satınalma müsabiqəsi sammitlərin təşkili xidmətlərini əhatə edir.








