Fərid Bağırzadə Sədərəkdə vətəndaşları qəbul edəcək

Fərid Bağırzadə Sədərəkdə vətəndaşları qəbul edəcək

25 İyun 2026

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə iyulun 2-də Sədərək rayonunda vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 25-30 iyun tarixlərində Nazirliyə rəsmi şəkildə (aasmn.nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.