Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda turnirin finalçıları bəlli olub -

Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda turnirin finalçıları bəlli olub - FOTO

25 İyun 2026

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri yekunlaşmaq üzrədir. Artıq turnirin finalçıları müəyyənləşib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, iyunun 24-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində yarımfinal matçları keçirilib. İlk görüşdə Fövqəladə Hallar Nazirliyinin  komandası “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsininin komandasını 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Digər yarımfinal qarşılaşmasında isə Ədliyyə Nazirliyi ilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Qalib 6 metrlik zərbələrdə (penalti) müəyyənləşib (pen. 4:5) və nəticədə Ədliyyə Nazirliyi finala vəsiqə qazanıb.

Qeyd edək ki, iyunun 27-də turnirin final və üçüncülük görüşləri keçiriləcək. Final oyunundan sonra turnirin mükafatlandırma mərasimi təşkil olunacaq.