Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

25 İyun 2026

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"  birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,04% artaraq 4 010,6 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,07% azalaraq 57,89 ABŞ dolları təşkil edib.