Naxçıvanda sertifikatlaşdırmanın test mərhələsi bu gün başa çatır - FOTO
Naxçıvanda ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsi bu gün başa çatır.
“NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Naxçıvanda ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin sonuncu günündə ingilis dili, ibtidai sinif, texnologiya və fiziki tərbiyə fənnləri üzrə ümumilikdə 114 təhsilverənin iştirakı nəzərdə tutulur.
Sertifikatlaşdırma prosesində iştirak edəcək bütün təhsilverənlərə uğurlar arzulayırıq!













