Naxçıvanda Aşura günü qanvermə aksiyası keçirilir - FOTO
Naxçıvan Muxtar Respublikasında Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyaları məscid və ziyarətgahda, həmçinin 10 səhiyyə müəssisəsində təşkil edilir.
Qanvermə aksiyaları Naxçıvan şəhərində Heydər Məscidində, Pirqəmiş Məscidində və Cümə Məscidində, Babək rayonunda Cəhri, Nehrəm, Zeynəddin və Qahab kənd xəstəxanaları və həkim ambulatoriyalarında, Şərur rayonunda isə Püsyan kənd məscidində və Xanlıqlar kənd İmamzadəsində keçirilir.
Həmçinin aksiyalar Ordubad rayonunda Ordubad Rayon Mərkəzi Xəstəxanasında, Culfa rayonunda Bənəniyar kənd həkim ambulatoriyasında və Şahbuz rayonunda Şahbuz Rayon Mərkəzi Xəstəxanasında keçirilir.
Bundan başqa, qanvermə aksiyaları Kəngərli rayonunda Qarabağlar və Xok kənd həkim ambulatoriyalarında, Sədərək rayonunda isə Sədərək Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilir.















