Naxçıvanda yeniyetmə əlil arabasından yıxılaraq ölüb

Naxçıvanda yeniyetmə əlil arabasından yıxılaraq ölüb

25 İyun 2026

Naxçıvanda fiziki qüsurlu 10 yaşlı oğlan təkərli oturacaqdan (əlil arabasından) yıxılaraq ölüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Babək rayonu Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində təkərli oturacaqdan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

Yeniyetmə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.