Culfada yanğında xəsarət alan qadın da həyatını itirib
Culfada baş verən yanğında xəsarət alan qadın da vəfat edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Culfa şəhərində iyunun 11-də baş verən yanğın zamanı xəsarət alan, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova da müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, yanğın nəticəsində 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov da həyatını itirmişdi.








