Ceyhun Bayramov Moussa Abderemane ilə görüş keçirib

Ceyhun Bayramov Moussa Abderemane ilə görüş keçirib

19 İyun 2026

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qəmər Adaları İttifaqının maliyyə, büdcə və bank sektoru naziri Moussa Abderemane ilə görüş keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Qəmər Adaları İttifaqı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər xüsusilə beynəlxalq təşkilatlar və platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycanın beynəlxalq təşkilatlar daxilində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda fəal rolu vurğulanaraq, qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti qeyd edilib. Xüsusilə, 2027-ci ildə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.

Tərəflər həmçinin Cənub-Cənub əməkdaşlığı çərçivəsində inkişaf edən əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycanın bu platforma daxilində az inkişaf etmiş ölkələr ilə əməkdaşlığın təşviqi istiqamətində səyləri yüksək qiymətləndirilib.