Ötən il əlaçı olan şagirdlərin qəbul imtahan nəticələri necə olub?

Ötən il əlaçı olan şagirdlərin qəbul imtahan nəticələri necə olub?

19 İyun 2026

Ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Məlumata görə, onlardan 481-i 100-200, 32 nəfəri isə 0-100 bal aralığı nəticə qazanıb.

Eyni zamanda bildirilib ki, orta attestat balı "3" olan 1 nəfər isə 500-700 bal aralığında nəticə qazanıb.