Payız meşəsində təmizlik aksiyası keçirilib - FOTO
İyunun 19-da vətəndaşların istirahət üçün üz tutduqları Babək rayon Payız kəndində yerləşən Payız Dövlət Meşəsində təmizlik aksiyası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan aksiyada Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər iştirak ediblər.
Aksiya zamanı meşə ərazisi ümumilikdə 50 kiloqramdan artıq tullantıdan təmizlənib.
Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli yanaşmanın təşviqi və tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.











