Kolleclərə qəbul olunanların sayı açıqlanıb

Kolleclərə qəbul olunanların sayı açıqlanıb

25 İyun 2026

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlarla bağlı diqqətçəkən statistika açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət İmtahan Mərkəzinin “Tələbə qəbulu – 2025: nəticələr” jurnalında yer alan məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan 7467 nəfərin 90,72 faizi ən azı bir fənn üzrə 40 baldan aşağı nəticə göstərib.

Statistikaya əsasən, qəbul olanların 35,17 faizi ən azı bir fənn üzrə 20 baldan da aşağı nəticə göstərib. Bununla yanaşı, qəbul olunan abituriyentlər arasında bütün fənlər üzrə yüksək nəticə göstərənlərin sayı kifayət qədər az olub. Belə ki, cəmi 69 nəfər bütün fənlərin hər biri üzrə ən azı 60 bal, 8 nəfər isə hər fəndən ən azı 80 bal toplayıb.

Sənəddə qeyd olunur ki, qəbulda iştirak edən abituriyentlərin böyük əksəriyyəti xüsusilə xarici dil fənni üzrə zəif nəticə göstərib. Belə ki, ixtisas seçimində iştirak edənlərin 82,04 faizi xarici dil üzrə 40 baldan aşağı nəticə əldə edib.