Balıqçılıq və akvakultura sahəsində idarəetmə rəqəmsallaşdırılacaq
Balıqçılıq və akvakultura sahəsində idarəetmə rəqəmsallaşdırılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Balıqçılıq haqqında" Qanun layihəsində əksini tapıb.
Həmçinin qeyd olunub ki, balıq və digər su bioresurslarının qiymətli növlərinin xüsusi mühafizə rejiminin müəyyən edilməsi, onların ovunun dayandırılması və ya qadağan edilməsi nəzərdə tutulub.
Balıqçılıq fəaliyyəti zamanı balıq və digər su bioresurslarının təbii davranışlarının qorunmasının, onların ağrı və stresin minimuma endirildiyi şəraitdə saxlanılmasının və daşınmasının təmin edilməsi, transsərhəd su hövzələrində balıq və digər su bioresurslarının ehtiyatlarının birgə idarə olunması sənəddə əks olunub.








