Naxçıvanda iyul ayı üzrə vətəndaş qəbullarının qrafiki açıqlanıb

Naxçıvanda iyul ayı üzrə vətəndaş qəbullarının qrafiki açıqlanıb

25 İyun 2026

Naxçıvan Muxtar Respublikasında vətəndaş müraciətlərinin yerində və operativ şəkildə dinlənilməsi məqsədilə 2026-cı ilin iyul ayında mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaş qəbulları təşkil olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul günlərində cədvəldə qeyd olunan sahələr üzrə məsul şəxslər vətəndaşların müraciətlərini dinləyəcək, qaldırılan məsələlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görüləcək.

Qəbul tədbirləri müəyyən edilmiş günlərdə saat 11:00-da başlayacaq. Qəbul qrafiki ilə vətəndaşlar əvvəlcədən tanış olaraq onları maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edə bilərlər.

https://www.instagram.com/naxcivanxeberleri.az/p/DaAB7rCiME9/