I ixtisas qrupu üzrə 700 bal toplayan yeganə abituriyent məlum olub
Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələrə əsasən, I ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə göstərən abituriyent məlum olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunu Burlaxatun Məcidli hər iki mərhələnin nəticələrinin cəminə görə 700 bal toplayaraq ölkə üzrə ən yüksək nəticəyə imza atıb.
Burlaxatun Məcidli qəbul imtahanının birinci mərhələsində 300, ikinci mərhələsində isə 400 bal toplayaraq mümkün olan maksimum nəticəni əldə edib.
Qeyd edək ki, 7 iyun tarixində keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə 5 nəfər 400 bal toplasa da, hər iki mərhələnin yekun nəticəsinə əsasən yalnız Burlaxatun Məcidli 700 bal göstəricisinə nail olub.








