Naxçıvanda sertifikatlaşdırmanın 5-ci günündə 84 müəllim iştirak edib
Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin V günü yekunlaşıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin beşinci gününün nəticələri açıqlanıb.
İmtahanda iştirak edən 84 təhsilverəndən 37-si 30–50 bal, 39-u isə 51–60 bal (46 faizi) aralığında nəticə göstərib. Sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk günündə imtahana cəlb olunan 85 müəllimdən 84-ü iştirak edib.








