Ordubadın bəzi kəndlərində qazın verilişi dayandırılacaq

Ordubadın bəzi kəndlərində qazın verilişi dayandırılacaq

16 İyun 2026

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının gölündə suyun tam buraxılması nəticəsində qaz xəttinə ziyan dəyib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, nəticədə Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə qazın təchizatı müvəqqəti dayandırılıb.

Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.