Laçında növbəti əmək yarmarkası keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçiriləcək.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Məşğulluq Agentliyndən məlumat verilib.
Aktiv məşğulluq tədbiri iyunun 23-ü saat 10:00-da ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında təşkil olunacaq.
Tədbirdə işaxtaran şəxslərə minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim ediləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.








